Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Qaribaşvilini
Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik edib.
Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
R.T.Ərdoğan təbrik məktubunda Gürcüstanla strateji tərəfdaşlığın
inkişaf etdirilməsinin önəmini vurğulayıb:
“Əminəm ki,
Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq və nümunəvi
mehriban qonşuluq münasibətləri bütün sahələrdə davam və inkişaf
etdiriləcək. Şübhə etmirəm ki, birgə səylərimiz bölgədə sülh,
sabitlik və hərətərəfli əməkdaşlığa əhəmiyyətli töhfə
verəcək”.
Prezident Türkiyənin Gürcüstanın siyasi sabitliyi və ərazi
bütövlüyünə böyük əhəmiyyət verdiyini də qeyd edib.
Dövlət başçısı Gürcüstanın hökumət başçısına cansağlığı,
xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq diləyib.
Mənbə: report.az