Bir nəfər balta ilə öldürülüb
Mtsxeta Bələdiyyəsinin Muxrani kəndində kişi qətlə yetirilib və oğlu hadisə səbəbiylə intihar edib.

Mövcud məlumatlara görə, kəndlilər arasındakı mübahisə qanlı qarşıdurmaya çevrilib, orta yaşlı kişi qonşusu tərəfindən balta ilə ölümcül yaralanıb, klinikaya aparılıb, ancaq kişinin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun oğluna gəlincə, hadisədən üç gün sonra intihar edib.

"Çox yaxşı ata olduğu üçün bu qədər təsir etdi", - deyə yerli sakinlər bildirib.

Hələlik qətlin səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyindən "Info Rustavi"-yə verilən məlumata görə, cinayəti törədən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

"Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Törədilmiş cinayətə görə, 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur",
- deyə qurumdan bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər