Marneuli bələdiyyəsində peyvənd vurulacaq məntəqələrinin
artırılması planlaşdırılır.
İndiki mərhələdə peyvənd prosesi iki tibb müəssisəsində – “Geo
Hospitals” çoxşaxəli klinikasında və Doğum Evi və Ambulatoriya
Mərkəzində aparılır. Son həftə ərzində gündəlik 100-ə yaxın adam
peyvənd olunur. Marneuli merinin səlahiyyətlərini icra edən Zaur
Tabatadzenin sözlərinə görə, peyvənd prosesinə daha bir neçə tibb
müəssisəsi qoşulacaq və ola bilsin, peyvənd başqa inzibati ərazi
vahidlərində də əlçatan olsun.
“Qrupların işləməyə başlaması üçün hazırlaşmağa ehtiyac
var idi və hazırlaşdılar. Bunu Milli Səhiyyə Mərkəzi edir. “Aversi”
və daha bir neçə klinika peyvənd prosesinə qoşulmalıdır. Qruplardan
biri bizim Səhiyyə Mərkəzində olacaq. Ancaq hələ ki, onlar
toplanmayıb. Yəqin yaxın gələcəkdə inzibati ərazi vahidlərinə də
səfərlər başlayacaq. Bu səyyar qrup və ya inzibati binalar da ola
bilər. Sonra dəqiq seçiləcək, bilmirəm. Marneulidə peyvənd prosesi
davam etdirilir. Yerlərin çoxu dolub. Bu gün təxminən 80-dən 100
nəfərə kimi adam peyvənd olunub. Bu pis deyil, ancaq bu say
artmalıdır”, – Tabatadze bildirdi.
Qeyd edək ki, ölkə miqyasında ümumilikdə 464 875 nəfər koronavirusa
qarşı peyvənd olunub. Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri
Amiran Qamkrelidzenin sözlərinə görə, 31 iyul tarixində Gürcüstan
əlavə 186 000 “Pfizer”-peyvəndi qəbul edəcək.
“Bu gün ölkədə 161 qurum işləyir və bu qurumlarda 380 briqada
peyvənd vurur. Dünən gecə “Pfizer”-ə görə 26 peyvənd olunmuş
briqada əlavə olundu. Sabah 168 000 dozanın gətirilmə imkanı da
var. Bu gün ölkədə müxtəlif peyvəndlərin – “Pfizer”, “Astrazeneka”,
“Sinovak” və “Sinofarm”-ın 2 milyona qədər dozası durur. Ciddi
ehtiyat yaradılıb ki, əhali kütləvi şəkildə peyvənd olunsun. Məhz
ölkədə bugünkü epidemiyaya qalib gəlmək kütləvi peyvənddən
asılıdır”, – Amiran Qamkrelidze bildirib.