Gürcüstanda bu il keçiriləcək seçkilərdə 3 milyondan çox seçici iştirak edəcək
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 2-də keçiriləcək bələdiyyə və mer seçkiləri ilə əlaqədar seçici siyahılarını dəqiqləşdirib.

Seçici siyahılarında 3 497 345 seçicinin adı var. Onlardan 39 135-i bu il ilk dəfə səs verəcək.

Bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani məlumat verib.

Onun sözlərinə görə, ən çox seçici paytaxt Tbilisidə qeydə alınıb – 1 200 900. Bunların da 41 314 nəfəri elektron texnologiyalar vasitəsilə səs verəcək.

Bu gündən MSK seçki bülletenlərinin çapına başlayıb. Bülletenlər 9 mətbəədə MSK üzvləri və müşahidə missiyaları üzvlərinin iştirakı ilə çap olunacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Gürcüstan vətəndaşları növbəti 4 il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) iki mindən çox deputat seçəcəklər.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google