Gürcüstan sentyabrda turizm gəlirlərini 10 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan turizmdən 865,8 milyon ABŞ dolları gəlir əldə edib ki, bunun da 161,9 milyon dolları ötən ayın payına düşüb.

Bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilir.

Sənədə əsasən, sentyabrda ölkənin tuirizm gəlirləri ötən ilin eyni dövrünə nisbətən 10,3 dəfə artıb.

Ötən ay Gürcüstan 209,6 min nəfəri turist olmaqla 223,5 min nəfər beynəlxalq ziyarətçi qəbul edib. Bu, illik müqayisədə 4,3 dəfə çoxdur.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google