Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib
Oktyabrın 25-də Gürcüstan ərazisində üçüncü dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 25-də saat 22:09-da Gürcüstanın Oni bələdiyyəsi ərazisində 3,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, bundan əvvəl 01:52-də Rustavi şəhəri yaxınlığında da 3,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Daha biz zəlzələ isə oktyabrın 24-də, Tbilisi vaxtı ilə saat 21:04-də baş verib. Zəlzələnin episentiri Dmainisi rayonundan 26 km cənub-qərbdə, Sameba (Samtsxe-Cavaxeti bölgəsinin, Ninotsminda bələdiyyəsi ərazisində yerləşən Gorelovka ərazi vahidliyində yerləşən bir kənd) kəndi yaxınlığında qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər