Qida obyektləri, restoranlar, kafe-barlar, açıq və qapalı məkanlar,
kinoteatrlar, teatrlar, operalar, konsert salonları, əyləncə
mərkəzləri, kazinolar və qumar biznesi obyektləri, spa, idman
zalları, mehmanxanalar və dağ kurortları, o cümlədən kanat yolu, -
bütün sadalanan obyektlərə 1 dekabr 2021-ci il tarixindən yalnız
"yaşıl pasport"la daxil olacaqsınız.
Vətəndaşlara hökumət qısa sms yollayıb ki, burada da yalnız ictimai
nəqliyyatda və mağazalarda pasport təqdim etməyin məcburi
olmayacağı yazılıb. Mesajda 18 yaşına çatmamış vətəndaşlardan
“yaşıl pasport”un tələb olunmayacağına da aydınlıq gətirilib.