Dövlətin mükafatlandırma proqramının tətbiqindən sonra 60 yaşdan
yuxarı 51 757 vətəndaş koronavirus qarşı peyvənd olunub.
Bu barədə İnterpressNews-a Amiran Qamkrelidze məlumat verib.
“Mükafatlandırıcı tədbirlər tətbiq olunduqdan sonra 60
yaşdan yuxarı peyvənd olunan vətəndaşların sayı xeyli artıb. 20-21
gün ərzində 51 757 nəfər peyvənd olunub. Bu kateqoriyanın gündəlik
orta göstəricisi 2465-dir. Bu, noyabr ayının orta göstəricisini
üstələməklə yanaşı, oktyabr ayının orta göstəricisini də 5-6 dəfə
üstələmişdir, həmçinin sentyabr ayının orta göstəricisindən
yüksəkdir, yalnız avqustun orta göstəricisindən geri qalır.
Bildiyiniz kimi, biz avqust ayında ən çox peyvənd etdik. İnanırıq
ki, bu təşəbbüs işləyir. Dünən 13603 peyvənd olundu ki, buradan da
70%-i birinci doza ilə peyvənd olunub. İlk doza ilə daha çox
insanın peyvənd olunması çox yaxşıdır. Bu ilk peyvəndlərdə 52%-i 60
yaşdan yuxarı vətəndaşlar olub. Dekabrda daha çox insanın peyvənd
olunmasını istəyirik”, - deyə Qamkrelidze
bildirib.
Hökumətin qərarına əsasən, yaşı 60-dan yuxarı olan vətəndaşlar
peyvənd olunduğu halda 200 lari birdəfəlik ödəniş alacaqlar.
Noyabrın 8-dən başlayan kampaniya dekabrın 31-dək davam edir.