Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 10 nəfəri saxlayıb
10:55 / 01.12.2021
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ölkənin
müxtəlif rayonlarında qanunsuz olaraq odlu silah və döyüş sursatı
ələ keçirib.
Ümumilikdə 10 nəfər qanunsuz olaraq odlu silah və döyüş sursatı
almaq və saxlamaq ittihamı ilə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Kaxeti Polis Departamentinin Telavi
rayon şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1962-ci il
təvəllüdlü K.R.-nı Telavidə saxlayıblar. Polis onun evinə, həyətinə
və yardımçı tikililərinə baxış zamanı maddi sübut kimi dövlət
qeydiyyatına alınmamış kiçik çaplı tüfəng götürüb.
1944-cü il təvəllüdlü P.E. Samçxe-Cavaxeti Polis Departamentinin
əməkdaşları tərəfindən Axalkalakidə saxlanılıb. Polis saxlanılan
şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd "TT" markalı
tapança və digər sursatlar götürüb.
1983-cü il təvəllüdlü İ.İ.-yə gəlincə, o, Kvemo Kartli Polis
Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən
qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda ittiham
olunaraq saxlanılıb. Hakimin qərarı əsasında təqsirləndirilən şəxsə
məxsus fermaya baxış zamanı “Mosin” markalı odlu silah maddi sübut
kimi götürülüb.
Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılan daha bir
şəxs - 1977-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə
məhkum olunmuş M.M.-nın şəxsi axtarışı nəticəsində maddi sübut kimi
odlu silah götürülüb.
Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Martvili rayon
şöbəsinin əməkdaşları 1957-ci il təvəllüdlü E.N.-ni Martvilidəki
kəndlərdən birində saxlayıblar. Polis şübhəlinin yaşayış yerindəki
taxta talvardan sübut kimi avtomatik odlu silah, 83 patron və digər
sursatlar ələ keçirib.
Mestia rayon şöbəsinin əməkdaşları təqsirləndirilən 1997-ci il
təvəllüdlü Q.F.-nin nəzarəti altında olan avtomobilə baxış zamanı
avtomat odlu silah, 1 tüfəng və digər sursatları maddi sübut kimi
götürüb.
Digər təqsirləndirilən şəxs - 1982-ci il Q.G. Mestia rayon
şöbəsinin əməkdaşları tərəfindən Mestiadakı kəndlərdən birində
saxlanılıb. Polis təqsirləndirilən şəxsin evinə baxış zamanı
avtomat silah, döyüş sursatı, 23 ədəd patron və 1 tüfəng ələ
keçirib.
Acarıstan Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş
1987-ci il təvəllüdlü Z.Q.-ni Batumidə saxlayıblar. Z.Q.-nin şəxsi
axtarışı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən maddi sübut kimi 2 ədəd döyüş sursatı, 2 ədəd avtomat və
16 ədəd patron götürülüb.
1986-cı il təvəllüdlü Q.C.-yə gəlincə, o, Kobuleti rayon şöbəsənin
əməkdaşları tərəfindən Kobuletidə saxlanılıb. Analoji cinayət
törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş şəxsin evinə
baxış nəticəsində polis əməkdaşları tərəfindən maddi sübut kimi 1
ədəd “Makarov” markalı tapança, döyüş sursatı və 7 ədəd patron
götürülüb.
Həmçinin, əvvəllər məhkum olunmuş - 1992-ci il təvəllüdlü L. C.
Mçxeta-Mtianeti Polis Departmentinin əməkdaşları tərəfindən
saxlanılıb. Saxlanılan şəxsin avtomobilinə baxış zamanı
hüquq-mühafizə orqanları tərəfindən 2 ədəd “Kalaşnikov” avtomatı və
döyüş sursatları götürülüb.
Sadalanan faktlar üzrə Gürcüstan Cinayət Məcəlləsinin 3, 4 və 6-cı
hissələri ilə qanunsuz olaraq odlu silah və döyüş sursatlarının
alınması, saxlanması və daşınması ilə bağlı araşdırma aparılır.
Cinayətlər 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur.