Rustavidə yeniyetmə binanın eyvanından yıxılıb [video]
11:58 / 01.12.2021
Rustavi şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən binaların
birinin 4-cü mərtəbəsindən 13 yaşlı qız eyvandan yıxılıb.
“İnfo Rustavi”-nin məlumatına görə, qəza zamanı yeniyetmə eyvanda
paltar yuyurmuş.
"Çox güclü səs gəldi. Mən elə bildim ki, hardasa qaz
partladı. O tərəfə baxırdım. Sonra gördüm ki, yerdə uşaq
uzanıb", - qonşulardan biri "İnfo Rustavi"yə
bildirib.
Yaralı ilk olaraq təcili yardım briqadası tərəfindən Rustavidəki
klinikaya aparılıb.
Tibb müəssisəsinin təcili yardım şöbəsinin həkimi Marina
Kavtuaşvilinin sözlərinə görə, xəstə müayinələrdən keçirilib və
bədənində çoxsaylı xəsarətlər qeydə alınıb. Lakin onun əməliyyat
olunmasına ehtiyac olmayıb.
"13 yaşlı qızı təcili yardım briqadası tərəfindən gətirildi. Özünün
dediyinə görə, təsadüfən yaşadığı mənzilin 4-cü mərtəbəsindən
yıxılıb. Xəstə gətirilən zaman huşu yerində idi. Cavab verirdi.
Amma çox sayda travmalar və göyərtilər var idi", -
həkim Kavtuaşvili dedi.
Kliniki müainələrdən sonra yeniyetmə "Rustavi" klinikasından
İaşvili adına Uşaq Klinikasına köçürülüb.