Gürcüstanda koronavirusun aşkarlanması üçün 72 saatdan öncə verilən
PCR testin qüvvədə olma müddətinin azaldılacağı gözlənilir.
Bu məsələ ölkənin İmmunizasiya Şurasının bugünkü iclasında müzakirə
olunub.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri
Amiran Qamkrelidze deyib ki, “Omikron” ştamına görə dünyada yeni
reallıq yaranıb:
“Bəzi ölkələr PCR testin müddətini 48
saata endirib. Toplantıda mərkəzimiz məsələ ilə bağlı rəyini
bildirib”.
Mənbə: report.az