Mixeil Saakaşvili məktub yayıb və məhkəməyə müraciət edib
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Qori Hərbi Hospitalından növbəti müraciətini yayıb.

Eks-prezident məhkəməni hətta avadanlığı belə olmayan jurnalistlərin də prosesdə iştirakına icazə verməyə çağırır.

"Həmkarlarımı məhkəmə zalında görmək mənim üçün çox vacibdir. Amma bu dəfə məhkəməyə müraciət edirəm ki, istənilən siyasi cərəyandan olan jurnalistləri hətta avadanlıqsız da olsa məhkəmə zalına buraxsınlar, bu tarixi biabırçı prosesi öz gözləri ilə görsünlər və yerindəcə təəssüratları yarana bilsin”, - deyə Mixeil Saakaşvili yazıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər