Rusiya 2006-cı ildə deportasiya edilən Gürcüstan vətəndaşlarına
görə ilin sonunadək 10 milyon avro ödəməlidir.
Müvafiq qərar Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclasında
qəbul edilib.
AŞ-nin saytında dərc edilmiş qərara görə ödəniş hər bir halda ilin
sonunadək yığılmış faiz məbləği ilə birlikdə Avropa Şurasının bank
hesabına köçürülməlidir.
Məlumatda qeyd olunub ki, Rusiya və Gürcüstan tərəfi bu il noyabrın
3-də ödənişin həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun
imzalanmasına yazılı razılıq verib.
Lakin ötən dövr ərzində Gürcüstan nümayəndələri Avropa Şurası Baş
Katibi ilə memorandumu imzalasa da, Rusiya nümayəndələri hələ də
sənədə qol çəkməyiblər.
Xatırladaq ki, Avropa İnsan Haqlar Məhkəməsi (AİHM) 2019-cu ilin
əvvəlində deportasiya edilən Gürcüstan vətəndaşlarına görə rəsmi
Moskvanın 10 milyon avro təzminat ödəməsi ilə bağlı qərar
çıxarıb.
Mənbə: apa.az