ABŞ Ali Məhkəməsi Baydenin məcburi peyvənd edilməsi tələbini bloklayıb
ABŞ Ali Məhkəməsi prezident Co Baydenin böyük şirkətlərdə çalışan işçilərin peyvənd edilməsini və ya həftəlik test olunmasını tələb edən təşəbbüsünü bloklayıb.

Məlumatı BBC yayıb. Nəşr yazır ki, hakimlər Baydenin təşəbbüsünün onun səlahiyyətlərini aşdığını bildiriblər, baxmayaraq ki, Ali Məhkəmənin qərarına əsasən, peyvənd yalnız ABŞ hökuməti tərəfindən maliyyələşdirilən tibb müəssisələrində məcburi ola bilər.

Co Bayden administrasiyası işçilərin məcburi peyvənd edilməsinin pandemiya iləmübarizənin yeganə yolu olduğunu vurğulayır. Buna uyğun olaraq, prezident Ali Məhkəmənin qərarından “məyus” olduğunu açıq şəkildə bildirir.

“Mən hələ də iş adamlarını dərhal peyvəndin məcburi olduğu sıralara qoşulmağa çağırıram. Bununla siz işçiləri, istehlakçıları və geniş ictimaiyyəti qoruyursunuz", - deyə Co Bayden bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Prezident Administrasiyası bir neçə aydır ki, iri şirkətlərin işçilərindən məcburi peyvənd olunma və ya öz vəsaitləri hesabına həftəlik birgə testlər tələb edir.

Mənbə: BM

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər