Mixeil Saakaşvilinin vəkilləri onun zərərçəkmiş kimi tanınması ilə
bağlı Prokurorluğa ərizə ilə müraciət ediblər.
Saakaşvilinin vəkillərindən olan Nika Qvaramianın sözlərinə görə,
onlar Saakaşvilinin qeyri-insani və ləyaqəti alçaldan rəftarın
qurbanı elan olunmasını tələb edirlər.
“Bizim üçün ilk növbədə Dövlət Müfəttişinin xidmətində
olan bütün istintaq materialları ilə tam tanış olmaq vacibdir. Biz
dövlət müfəttişi ilə material mübadiləsi aparırıq, amma elə
materiallar var ki, onlara əlimiz çatmır.
Əvvəla, bu, bu qeyri-insani rəftarı, işgəncəni göstərən tam
marşrutun bütöv bir videosu: yerləşdirmə, köçürmə, yolda baş
verənlər və s. Mən də Dövlət Müfəttişini və Xalq Müdafiəçisini bu
məsələ ilə bağlı mövqe bildirməyə çağırıram, arzu olunandır ki, bu
mövqe onlar tərəfindən ictimai şəkilə bildirilsin”, -
deyə Qvaramia bildirib.
Qvaramianın sözlərinə görə, onların Saakaşvilinin zərərçəkmiş kimi
tanınması ilə bağlı illüziyaları yoxdur və buna görə də dövlət
müfəttişini onun videogörüntülərini dərc etməyə çağırırlar, çünki
Saakaşvilinin razılığı var.
Qvaramia, paritet əsasında qurulan komissiya tərəfindən ekspert
araşdırmasının aparılmasını da tələb etdiklərini bildirib.
Xüsusi Penitensiar Xidmət noyabrın 11-də Mixeil Saakaşvilinin
Qldani həbsxanasının xəstəxanasına köçürülməsinin iki videosunu
yayıb.
Birinci videoda Mixeil Saakaşvilinin zorla köçürülməsinin
görüntüləri əks olunub. Videonun səsi yoxdur və yəqin ki, müşahidə
kamerası tərəfindən lentə alınıb.
İkinci video isə həbsxanaya aparılmazdan əvvəl çəkilib.
Görüntülərdə Saakaşvilinin Rustavi həbsxanasına qayıtmasını tələb
etdiyi və həbsxana xəstəxanasına könüllü daxil olmaqdan imtina
etdiyi görünür.
Dövlət Müfəttişliyi Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar
Xidməti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının toplanıb
açıqlanmasına görə 2000 lari məbləğində cərimələyib.
Bundan başqa, qurumlara Mixeil Saakaşvilinin şəxsi məlumatlarını
əks etdirən video və audio-video yazıları Facebook sosial
şəbəkəsindən, eləcə də rəsmi saytlardan silmək tapşırılıb.
Lakin yanvarın 17-də Tbilisi şəhər məhkəməsi Xüsusi Penitensiar
Xidmət tərəfindən Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı Dövlət
Müfəttişinin qərarını ləğv edib. Bu barədə məlumatı Dövlət
Müfəttişliyi yayıb.
O cümlədən, şəhər məhkəməsi dövlət müfəttişinin Xüsusi Penitensiar
Xidmətin cərimələnməsi barədə qərarını ləğv edib.
Bundan əvvəl Tbilisi şəhər məhkəməsinin yanvarın 11-də daha bir
qərarı çıxarılıb, o da Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvilinin şəxsi məlumatlarının Gürcüstan Ədliyyə Nazirliyi
tərəfindən açıqlanmasına dair Dövlət Müfəttişinin qərarını ləğv
edib.