“Gürcü arzusu” adından parlamentə təqdim olunacaq Ukraynanı dəstəkləyən qətnamənin mətni məlumdur
Gürcüstan parlamentinin Ukrayna ilə bağlı qətnamə layihəsi məlumdur.

Sənəd “Gürcü Arzusu” adından parlamentə təqdim olunacaq və onu hakim komandadan başqa heç bir parlament qrupu imzalamayıb.
Qətnamə layihəsi “Ukraynada mümkün hərbi eskalasiya haqqında” adlanır. Onun məzmunu aşağıdakı kimidir:

“Gürcüstan parlamenti - Gürcüstan Konstitusiyasına, qanunvericiliyə və beynəlxalq müqavilələrə əsasən;
Beynəlxalq münasibətlərdə sülh və əməkdaşlıq prinsiplərinin tanınmasını və bərqərar olmasını alqışlayır;

Beynəlxalq nizam prinsiplərinə və beynəlxalq hüququn beynəlxalq səviyyədə tanınmış normalarına, o cümlədən sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü və dövlətin suverenliyi prinsiplərinə riayət edir;

Ukraynada mümkün hərbi eskalasiyadan dərin narahatlığını ifadə edir və suveren dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən və təkcə Ukrayna üçün deyil, həm də regional sülh və təhlükəsizliyə yeni təhlükə yaradan hər hansı niyyəti pisləyir;

Şimali Atlantika Alyansına üzvlük dövlətin suveren hüququ olduğunu və bu hüququn hərbi-siyasi vasitələrlə məhdudlaşdırılması cəhdinin qəti şəkildə qəbuledilməz olduğunu bəyan edir;

Hesab edir ki, Ukraynada müharibənin qarşısının alınması beynəlxalq ictimaiyyəti narahat edən əsas məsələ olmalıdır;
Hər hansı mümkün hərbi eskalasiyadan ciddi zərər görə biləcək dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirir.

Bütün qeyd olunanları nəzərə alaraq, Gürcüstan parlamenti Gürcüstan hökumətini diplomatik vasitələrdən istifadə etməklə və strateji tərəfdaşlarla sıx koordinasiyada Ukraynada müharibənin qarşısının alınmasına töhfəsini davam etdirməyə çağırır”.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər