Beynəlxalq bazarda neftin qiyməti ucuzlaşmaqda davam edir. Avqustun
5-nə Brent markalı neft 94,5 ABŞ dolları, WTI markalı neft isə 89
dollara düşüb.
Rusiyanın Ukraynanı işğal etməsindən sonra ilk dəfədir ki, qiymət
90 dollardan aşağı düşüb.
“Dördüncü aydır ki, beynəlxalq bazarda ucuzlaşma ilə yanaşı, milli
pul vahidi möhkəmlənən Gürcüstanda qiymətlərin azalması nə vaxt
özünü göstərəcək?” - bu sualla “Business Press News”
“Senta Oil” şirkətinin təsisçisi Zaal İakobidzeyə müraciət
edib.
İakobidzenin sözlərinə görə, artıq Gürcüstanda qiymətlər
ucuzlaşmağa başlayıb və qeyri-brend yanacaqdoldurma məntəqələrində
yanacaq təxminən 30 tetri ucuzlaşıb. Brendli stansiyalarda da
azalma gözlənilir.
“Bu tendensiya davam edir. Beynəlxalq bazarda ucuzlaşma davam
edərsə, buna uyğun olaraq qiymət də azalacaq. Qeyri-brend
yanacaqdoldurma məntəqələrində azalma artıq öz əksini tapıb - bu,
təxminən 30 tetri daxilindədir. Həm dizelin, həm də benzinin
qiyməti ucuzlaşır. Benzinin qiyməti 15-20 tetri
aşağıdır”, - Zaal Yakobidze deyir.
Xatırladırıq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun
müttəfiqləri sentyabr ayından neft hasilatını artırmağa
razılaşıblar. Razılaşmadan əvvəl ABŞ və digər müştərilərin
tədarükləri artırmaq tələbləri var idi. Məlum olduğu kimi, ABŞ
prezidenti Co Bayden təşkilat liderlərini qlobal iqtisadiyyata
kömək etmək üçün hasilatı artırmaq barədə razılığa gəlmək üçün ötən
ay Səudiyyə Ərəbistanına səfər edib. Hasilat gündəlik cüzi miqdarda
100 min barel artacaq.
Neft qiymətlərinin artması, Rusiyanın hərbi təcavüzü və Qərbin
sanksiyaları ilə birlikdə pandemiya tıxanmaları nəticəsində tədarük
zəncirlərinin pozulması ilə əlaqələndirilir. 2 ay əvvəl qiymət 120
dolları keçsə də, o vaxtdan bəri qiymətlər getdikcə azalmağa
başlayıb.
İndi, ABŞ və Avropada tənəzzül xəyalı iqtisadi yavaşlama riskini
artırdığından, tələbin proqnozu qaranlıq olaraq qalır və bu da
bazara təsir edə bilər.