2023-cü ildə Qori Bələdiyyəsinin Meriyası dövlət qrantı ilə sosial
cəhətdən imkansız tələbələrin təhsil xərclərinin 50%-ni və 70%-ni
maliyyələşdirəcək.
Bu barədə məlumatı Qori bələdiyyəsinin meriyası yayıb.
Onların öz məlumatlarına görə, indiyədək bu maliyyədən yalnız
sosial cəhətdən həssas, qrantsız tələbələr faydalanıb.
“Sosial proqram tələbələrə ildə bir dəfə 500 lari məbləğində təhsil
xərclərinin maliyyələşdirilməsini təklif edir. Qeyd olunan maddədən
yalnız reytinq balı 120.000-dən çox olmayan tələbələr yararlana
bilər.Yuxarıda qeyd olunanlarla yanaşı, 2023-cü ildə Qori
bələdiyyəsinin sosial proqramının digər maddələrində də
dəyişikliklər edilib. Linkə baxın -
shorturl.at/crwF2", - məlumatda qeyd olunub.