Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya
bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar
tamamilə yalan və cəfəngdir.
Bu sözləri Azərbaycan Respublikasının Prezident İlham Əliyev
Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Ann Buayonun
etimadnaməsini qəbul edərkən söyləyib.
Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və
Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin
və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən
etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki
istiqamətdə keçidi təmin olunub.
Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz
istismarının dayandırılmasının və Azərbaycanın bu yataqlar üzərində
daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Mənbə: trend.az