Marneulidə bir nəfər qanunsuz odlu silah gəzdirmə ittihamı ilə saxlanılıb (VİDEO)
11:38 / 08.06.2023
Marneulidə bir nəfər qanunsuz odlu silah gəzdirmə ittihamı ilə
saxlanılıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon
şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və
istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü A.M.
saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları
təqsirləndirilən şəxsin üzərindən şəxsi yoxlama nəticəsində maddi
sübut kimi 1 ədəd tapança və 5 ədəd patron götürüblər.
Bundan başqa Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda müxtəlif
vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində 14 nəfəri də saxlayıblar. Saxlanılan şəxslərdən
müxtəlif odlu silah və patronlar ələ keçirilib.
Cinayətə görə 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.
DİN-in məlumatına görə, odlu silah və döyüş sursatlarının qanunsuz
alınması, saxlanması və daşınması faktı ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq
aparılır.