Dekabrın 26-dək meteoroloji şəraitin fəsadları gözlənilir - Ekologiya Agentliyi
Milli Ekologiya Agentliyinin məlumatına görə, dekabrın 26-dək Gürcüstanda meteoroloji şəraitin fəsadları, o cümlədən: yağış, bəzi yerlərdə güclü külək, dağlıq ərazilərdə qar və digər bölgələrdə güclü yağış yağacağı gözlənilir. Dağlarda duman, çovğun və uçqun təhlükəsi, dənizdə 6 bala qədər güclü tufan mümkündür.

"Güclü qar yağması, görmə qabiliyyətinin zəifləməsi, çovğun, uçqun təhlükəsi ilə əlaqədar magistralların bəzi hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür. Qərbi Gürcüstan çaylarında gözlənilən intensiv yağıntılar çayların səviyyəsinin artmasına, dağlıq ərazilərdə isə torpaq sürüşmələrinin başlamasına və aktivləşməsinə səbəb bilər”, - deyə Ətraf Mühit Agentliyi yazıb.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər