Marneuli meriyası 6 yeni avtomobil alacaq
Marneuli yerli özünüidarəsi 6 yeni avtomobil almağı planlaşdırır. Meriyanın elan etdiyi tenderə əsasən, Marneuli meriyası İnfrastruktur və İqtisadi İnkişaf, Şəhərin İnkişafı, Məkan Quruculuğu, Arxitektura və Tikinti, Maliyyə-Büdcə, Nəzarət və Əmlakın İdarə Edilməsi, Maddi-Texniki Təminat Xidmətləri üçün yeni avtomobillər almağı planlaşdırır.

Alqı-satqının məqsədi ilə bağlı əsaslandırmada meriya xidmətlərinin həyata keçirdiyi işlər təsvir edilir və qeyd olunur ki, nəqliyyat vasitələrinin alınması yerli əhalinin maraqlarına daxildir və əhali üçün müvafiq həyati əhəmiyyət kəsb edən bələdiyyə xidmətlərinin göstərilməsinin davamlılığının təmin edilməsinə hər gün ehtiyac yaranır.

“Bələdiyyə avtoparkının yenilənməsi üçün 6 ədəd III dərəcəli minik maşınlarının alınması zərurəti Marneuli özünüidarəsinin gündəliyində mütləqdir, xüsusən də avtoparkın yenilənməsi fonunda, bələdiyyə avtoparkında özünüidarənin balansında olan köhnəlmiş avtomobillərin bir hissəsi hərrac yolu ilə digər fiziki şəxslərə satılıb. Geridə qalan müəyyən hissələri də eyni aqibət gözləyir”, – Alqı-satqı əsasnaməsində qeyd olunur.

Marneuli yerli özünüidarəsi 6 yeni avtomobilin alınması üçün 345 000 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15 mart tarixindən 18 mart tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət avtomobilləri müqavilə imzalandıqdan sonra 15 gün ərzində meriyaya təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google