Marneulidə vətəndaş cəmiyyəti və media təşkilatları üçün qrant müsabiqəsi elan olunub
Advokatlaşdırma platformalarının yaradılması məqsədi ilə Kvemo Kartli və Samtsxe-Cavaxetinin altı bələdiyyəsində vətəndaş cəmiyyəti, media təşkilatları üçün kiçik qrant müsabiqəsi elan olunub.

Müsabiqə „HEKS/EPER GEORGIA“ beynəlxalq təşkilatının, Avropa İttifaqının maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və siyasi həyatda bərabər və tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində elan edilib.

“Qrant müsabiqəsinin məqsədi vətəndaş cəmiyyəti və media qurumları üçün advokatlaşdırma platformasının yaradılmasıdır. Platforma etnik azlıqların problemləri ilə bağlı dialoqun başlanmasını və onların informasiyaya əlçatanlığının artırılmasını təmin edəcək, müvafiq qərarların qəbulunu stimullaşdıracaq", – təşkilatın bəyanatında qeyd olunur.

Müsabiqədə Marneuli, Bolnisi, Dmanisi, Axaltsixe, Axalkalaki və Ninotsmindada fəaliyyət göstərən media, vətəndaş cəmiyyəti təşkilatları iştirak edə bilər.

Kiçik qrant müsabiqəsi çərçivəsində 4 regional platformanın seçilməsi planlaşdırılır. İki layihə Kvemo Kartlidən, ikisi isə Samtsxe-Cavaxetidən seçiləcək. Layihə çərçivəsində hər platforma üçün maksimum 14 000 lari (5 000 avronun lari ilə ekvivalenti) ayrılıb.

Müraciət forması və müsabiqə haqqında buradan məlumat ala bilərsiniz.

Print Email
FaceBook Twitter Google