İndi bizim üçün hər zamankından daha çox konsolidasiya lazımdır,
bizi heç nə sındıra bilməz,
- Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə
prosesində bildirib. O qeyd edib ki, heç bir repressiyadan, həbsdən
qorxmur. Mixeil Saakaşvilinin fikrincə, gürcü xalqı ölkənin
idarəçiliyinə qayıtmalıdır və bunun üçün səfərbərlik lazımdır.
“Mən heç bir repressiyalardan və növbəti həbslərdən
qorxmuram, çünki mən çox yaxşı bilirəm ki, bizim tutduğumuz yol
onların 12 illik hakimiyyəti dövründə super müasir limanın
tikintisini dayandıran İvanişvilinin hakimiyyəti dövründə
Oçamçiredə liman tikdikləri yoldur. Batumi, Poti hava limanının
tikintisini, Lazika limanının tikintisini dayandırdı. Bax, bütün
bunların fonunda biz Oçamçiredə bu fəlakəti yaşadıq. Əgər bu
limanlar olsaydı, heç kim buna cəsarət etməzdi, çünki bütün
dünyanın marağı bütün bunlara yatırılardı.
Və bir də odur ki, Gürcüstanın taleyini sələmçilər həll edə bilməz.
Ölkənin başçısı bir tacirdirsə o ölkə heç vaxt xoşbəxt olmayacaq və
taleyini sələmçilər həll edərsə onların gələcəyi olmayacaq.
Gürcüstanda sələmçilərin diktaturasına birdəfəlik son qoyulmalıdır.
Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır, bunun üçün
səfərbər olmalıyıq”, - Saakaşvili bildirib.