Dişlərin saralmasının əsas 9 səbəbi
Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən edilir. Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə, sağlamlıq vəziyyəti və ya xarici təsirlər dişlərin rənginə təsir göstərə bilər.

"Marneuli" radiosu xəbər verir ki, bir insanın dişləri qar kimi ağ olsa belə, siqaret çəkəndə, tez-tez isti qara çay və ya qəhvə içəndə dişləri zamanla sarıya çevrilə bilər.

Əksinə, bir insanın diş minası başlanğıcda çox ağ deyilsə, eyni zamanda sağlam həyat tərzi sürürsə, o, gözəl bir təbəssüm saxlaya bilər.

Dişlərin rənginə təsir edən amillər:
  • rəngləndirici qidaların və içkilərin istehlakı;
  • siqaret çəkmək;
  • əlvan metallarla (məsələn, dəmir və ya nikel) və uçucu maddələrlə (məsələn, brom, yod) təmasda olmaq;
  • pulpa böyüməsi;
  • sinirin depulpasiyası və ya ölümü;
  • yaşla əlaqədar baş verən dəyişikliklər;
  • qaraciyər və öd yollarını təsir edən xəstəliklər;
  • müəyyən dərman vasitələrinin istifadəsi;
  • xəsarətlər.
Yuxarıda sadalanan təsirlərə görə, dişlər təkcə sarı deyil, həm də digər çalarlar, məsələn, yaşıl, boz, mavi, çəhrayı, hətta qara rəngə çevrilə bilər.

Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər