Müharibədə həlak olanların 12-nin nəşinin qalıqları işğal olunmuş Abxaziyadan gətirilib

1990-cı illərin silahlı aksiyaları zamanı işğal olunmuş Abxaziyadan itkin düşmüş 12 nəfərin nəşinin qalıqları Tbilisiyə gətirilib.


Onlardan onu hərbçi, qalan iki nəfəri mülki şəxsdir. Onlarla vida mərasimi Müqəddəs Üçlük Kafedralında iki gün davam edirdi. Mərhumlar bu gün hərbi ehtiramla dəfn olundu.

1990-cı illərin silahlı aksiyaları və 2008-ci ilin avqust müharibəsi zamanı itkin düşənlərin ilk müəyyənləşdirilməsi və vətənə qaytarılması 2013-cü ildə həyata keçirilib və bu proses bu gün də davam edir.

Mənbə: Tabula

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər