Cənubi Afrikada avtobus dərəyə aşıb, 45 nəfər ölüb, 8 yaşlı qız yaralanıb

Cənubi Afrikanın Limpopo əyalətində avtobusun dərəyə aşması nəticəsində 45 nəfər ölüb, 8 yaşlı qız isə ağır yaralanıb.

Sağ qalan qız xəstəxanada müalicə olunur.

Avtobus sürücüsü idarəetməni itirib, körpüdən dərəyə aşıb və alovlanıb.

Sərnişinlər Pasxa mərasimində iştirak etmək üçün Botsvananın paytaxtı Qaboronedən Moria şəhərinə gedən zəvvarlar olub.

Hadisə yerinə baş çəkən ölkənin nəqliyyat naziri Sindisive Çikunaga qəzada zərər çəkmiş ailələrə başsağlığı verib.

Nazir əlavə edib ki, hökumət ölənlərin vətənə qaytarılmasını asanlaşdıracaq və yol qəzasının səbəbləri ilə bağlı araşdırmalara başlayacaq.

Mənbə: Tabula

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər