Marneulili oxçu qız Ermənistanda keçirilən turnirdən 3 qızıl medalla qayıdıb
Marneulili oxçu qız, Miranda Saqinadze Ermənistanda baş tutan beynəlxalq turnirdə uğurla çıxış edərək çempion olub. Marneuli İdman Məktəbinin yayımladığı məlumata görə, 27 mart tarixindən 1 aprelə tarixinə qədər Yerevanda oxçuluq üzrə “Açıq Qış Çempionatı” beynəlxalq turniri baş tutub. Miranda Saqinadze də turnirdə iştirak edib.

“Miranda fərdi yarışda, qızlar və oğlanlar arasında qarışıq cütlük, eləcə də qızlar arasında komanda halında ümumilikdə üç qızıl medal, çempionluq əldə edib”, – Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

İdman Məktəbinin məlumatına görə, turnirin çempionu və mükafatçısı müvafiq medallar, diplom və pul mükafatları ilə təltif olunublar.

Marneulili oxçunun fərdi məşqçisi Qiorqi Qordezianidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google