Marneuli meriyası Tseretelidə üç küçədə yollara asfalt çəkilməsinə 1 100 000 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi Tsereteli kəndində üç küçədə daxili yollara asfalt çəkilməsini nəzərdə tutur. Marneuli meriyası Tseretelidə daxili yollara asfalt çəkilməsi üçün tenderi 29 mart tarixində elan edib.

Tender sənədlərinə görə, layihədə nəzərdə tutulmuş məsafə ümumilikdə 1330 metrdir.

“Layihədə nəzərdə tutulan hissədəki mövcud örtük asfalt-betondur. Həmin yolda çatlar, oyuqlar qeydə alınır. Sifarişçinin tələbini və yerli amilləri nəzərə almaqla yol örtüyünün ikiqat tikintisi həyata keçiriləcək. Sifarişçinin tələbinə görə, hərəkət hissəsi, suvarma kanalı sistemi bərpa olunmalıdır”, – Tseretelidə yola asfalt çəkilməsi layihəsinin sənədlərində qeyd olunub.

Marneuli meriyası Tsereteli kəndində İvane Cavaxişvili, Lado Asatiani və Qiorqi Saakadze küçələrində yola asfalt çəkilməsini planlaşdırır.


Yerli özünüidarə işlərin alınması üçün 1 100 000 lari dəyərində tender elan edib. Tender sənədlərinə görə, vəsaitin 75,21% mərkəzi, 24,79% isə yerli özünüidarə büdcəsindən xərclənəcək.

Tsereteli kəndində daxili yolların bərpası işləri ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 14 apreldən 19 aprelə qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməli olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google