Qardabanili idmançılar Tailandda keçirilən peşəkar döyüşdə uğur qazanıblar (VİDEO)
Qardabanili idmançılar Tailandın Pxuket şəhərində keçirilən peşəkar döyüşdə uğur qazanıblar. Bu barədə “Marneuli” radiosuna “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev məlumat verdi. Onun sözlərinə görə, Kənan Bayramov və Emil Xəliov “Muay Thai” üzrə keçirilən döyüşdə rəqiblərini məğlub edərək qələbə qazanıblar.

"Kənan Bayramov 7 aprel tarixində, Emil Xəliov isə 9 apreldə keçirilən yarışda qalib gəldilər. Emil Xəlilov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizədə qələbə qazanaraq kəmərin sahibi oldu. Kənan Bayramov isə çempion olaraq kubokun sahibi oldu. Hər iki döyüşçü ölkəmizi Tailandda təmsil edir".

Qeyd edək ki, Emil Xəlilov və Kənan Bayramov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançılarıdır. Onların baş məşqçisi isə İsfahan Əliyevdir. Hər iki idmançı bir sıra xarici ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google