Dünyanın 10 ən güclü/zəif pasportu - Gürcüstan neçənci yerdədir?

Henley Passport Index-in 2024-cü il üçün güclü pasportlar reytinqində Gürcüstan 51-ci yeri tutub.

Məlumata görə, Gürcüstan pasportu ilə 122 ölkəyə vizasız daxil olmaq mümkündür.

Onu da qeyd edək ki, ötən illə müqayisədə Gürcüstan reytinqdə bir pillə geriləyib. 2023-cü ildə ölkə 50-ci yeri tutub və 116 ölkədə vizasız giriş mümkün olub.

Bundan başqa, qeyd olunan reytinqdə Gürcüstan 2022-ci ildə 48-ci (115 ölkəyə vizasız giriş), 2021-ci ildə isə 55-ci (115 ölkə) yeri tutub.

Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur, İspaniya, Finlandiya, Hollandiya, Cənubi Koreya və İsveç dünyanın ən güclü pasportları onluğuna daxildir.

Dünyanın ən zəif pasportlarına gəlincə, ilk onluğa Əfqanıstan, Suriya, İraq, Pakistan, Yəmən, Somali, Nepal, Liviya, Fələstin və Şimali Koreya daxildir.

 

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google