Aprelin 14-nə kimi hava necə olacaq - Ekologiya Agentliyinin proqnozu
Milli Ekologiya Agentliyinin məlumatına görə, aprelin 11-13-də Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti davam edəcək.

Aprelin 11-də Tbilisidə bir qədər yağış yağacağı, aprelin 12-13-də havanın isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gündüz +22, +24 dərəcə isti olacağı gözlənilir.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 11-12 apreldə əsasən yağmursuz keçəcəyi, aprelin 13-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google