Gürcüstanın azərbaycandilli icmasının təşkilatları rus qanununun təkrar irəli sürülməsini qınayırlar
Gürcüstanın azərbaycandilli icmasının təşkilatları rus qanununun təkrar irəli sürülməsini qınayırlar. İcmada fəaliyyət göstərən təşkilatlar bununla bağlı bəyanat imzlayıblar.

Həmin bəyanatı sizə təqdim edirik.

"Biz, Gürcüstanın azərbaycandilli icmasının təşkilatları və təşəbbüs qrupları Gürcüstan parlamenti tərəfindən ölkənin demokratik inkişafına və Avro-Atlantik istəklərinə xələl gətirən rus qanununun təkrar irəli sürülməsinə görə dərin narahatlığımızı ifadə edir və bu təşəbbüsü qınayırıq.

Hesab edirik ki, irəli sürülən rus qanunu azad vətəndaş cəmiyyəti təşkilatlarına və tənqidi mediaya, eləcə də Gürcüstanın hər bir vətəndaşına qarşı yönəlmiş bir təşəbbüsdür. Hakimiyyət medianı və azad vətəndaş cəmiyyətini damğalamaqla fərqli düşüncələri susdurmağa və ölkəmizin demokratik, iqtisadi və sosial inkişafı naminə çalışan birliklərin kökünü qazımağa çalışır. Rus qanunu insan hüquqlarının qorunmasına, vətəndaş inteqrasiyasına, etnik və dini müxtəlifliyin qorunmasına xüsusilə ağır zərbə vurur.

Biz, qəti şəkildə bu avtoritar təşəbbüsün əleyhinəyik və hakimiyyəti dərhal rus qanunu parlamentdən geri götürməyə çağırırıq. Rus qanunu insan ləyaqətinə, azadlığına, demokratik dəyərlərə və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinə ziddir. Demokratik cəmiyyətdə belə bir qanuna yer yoxdur",
– bəyanatda deyilir.

Bəyanatı imzalayan təşkilatlar:
  • Gündəlik-Gürcüstan
  • Marneuli Radio
  • Mülki İştirak və Aktivizm Mərkəzi (CEAC)
  • Yeni Düşüncə İnstitutu
  • Pəncərə
  • Qaraçöp İcma Mərkəzi
  • Salam Platforması
  • Təmiz Xəbər (Supta Ambavi)
  • Vətəndaş Bərabərliyi Platforması
  • Qırmızı Körpü
  • Yaşıl Düşüncə
  • Aktual Media
  • Algeti İcma Mərkəzi
  • Gürcüstan Azərbaycanlıları Gənclər Birliyi
  • Ağməmmədli İcma Mərkəzi
  • Dmanisi İcmalarının İnkişafına Dəstək Mərkəzi
  • Vətəndaş İnteqrasiyası Fondu
  • Həmrəylik hərəkatı
  • Yeni yol
  • Həmrəylik Mərkəzi
  • Gənclik həyatı - Gürcüstan
  • Müxtəliflik məkanı
  • Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi
  • Qasımlı İcma Mərkəzi
  • “Biz” Uşaq Teatrı
  • Gənclər seçimi
  • Samira Bayramova

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google