Gürcüstanın azərbaycandilli icmasının təşkilatları rus qanununun
təkrar irəli sürülməsini qınayırlar.
İcmada fəaliyyət göstərən təşkilatlar bununla bağlı bəyanat
imzlayıblar.
Həmin bəyanatı sizə təqdim edirik.
"Biz, Gürcüstanın azərbaycandilli icmasının
təşkilatları və təşəbbüs qrupları Gürcüstan parlamenti tərəfindən
ölkənin demokratik inkişafına və Avro-Atlantik istəklərinə xələl
gətirən rus qanununun təkrar irəli sürülməsinə görə dərin
narahatlığımızı ifadə edir və bu təşəbbüsü qınayırıq.
Hesab edirik ki, irəli sürülən rus qanunu azad vətəndaş cəmiyyəti
təşkilatlarına və tənqidi mediaya, eləcə də Gürcüstanın hər bir
vətəndaşına qarşı yönəlmiş bir təşəbbüsdür. Hakimiyyət medianı və
azad vətəndaş cəmiyyətini damğalamaqla fərqli düşüncələri
susdurmağa və ölkəmizin demokratik, iqtisadi və sosial inkişafı
naminə çalışan birliklərin kökünü qazımağa çalışır. Rus qanunu
insan hüquqlarının qorunmasına, vətəndaş inteqrasiyasına, etnik və
dini müxtəlifliyin qorunmasına xüsusilə ağır zərbə vurur.
Biz, qəti şəkildə bu avtoritar təşəbbüsün əleyhinəyik və
hakimiyyəti dərhal rus qanunu parlamentdən geri götürməyə
çağırırıq. Rus qanunu insan ləyaqətinə, azadlığına, demokratik
dəyərlərə və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinə
ziddir. Demokratik cəmiyyətdə belə bir qanuna yer
yoxdur", – bəyanatda deyilir.
Bəyanatı imzalayan təşkilatlar:
- Gündəlik-Gürcüstan
- Marneuli Radio
- Mülki İştirak və Aktivizm Mərkəzi (CEAC)
- Yeni Düşüncə İnstitutu
- Pəncərə
- Qaraçöp İcma Mərkəzi
- Salam Platforması
- Təmiz Xəbər (Supta Ambavi)
- Vətəndaş Bərabərliyi Platforması
- Qırmızı Körpü
- Yaşıl Düşüncə
- Aktual Media
- Algeti İcma Mərkəzi
- Gürcüstan Azərbaycanlıları Gənclər
Birliyi
- Ağməmmədli İcma Mərkəzi
- Dmanisi İcmalarının İnkişafına Dəstək
Mərkəzi
- Vətəndaş İnteqrasiyası Fondu
- Həmrəylik hərəkatı
- Yeni yol
- Həmrəylik Mərkəzi
- Gənclik həyatı - Gürcüstan
- Müxtəliflik məkanı
- Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini
İdarəsi
- Qasımlı İcma Mərkəzi
- “Biz” Uşaq Teatrı
- Gənclər seçimi
- Samira Bayramova
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.