“Rus qanunu”nun müzakirəsi zamanı parlamentə giriş akkreditə olunmuş onlayn media üçün də məhdudlaşdırılıb
Parlament sədrinin sərəncamına əsasən, aprelin 15-də Gürcüstanın Parlament Sarayında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.

Planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq. Məhdudiyyət təkcə televiziya yayımçılarının/telemedia vasitələrinin akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Parlamentin mətbuat mərkəzindən elan olunduğu kimi, onlayn media qurumlarının akkreditə olunmuş jurnalistləri binaya daxil ola bilməyəcək.

"Sözügedən tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir", - Gürcüstan parlamentinin bəyanatında deyilir.

Aprelin 15-i parlamentə yenidən daxil edilmiş Rusiya qanununun hüquqi məsələlər komitəsində müzakirə edilməli olduğu gündür. Saat 10:00-da komitənin iclası ilə eyni vaxtda vətəndaşlar parlamentin arxa girişinə toplaşaraq qanun layihəsinə etiraz etməyi planlaşdırırlar.

Etiraz aksiyası aprelin 15-i saat 19:00-a elan edilib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google