Bolnisidə kişi meyiti tapılıb, qəsdən adam öldürmə maddəsi ilə istintaq başlayıb
Bolnisidə 33 yaşlı kişi meyiti tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə istintaq başlayıb.

Mərhumun ailə üzvləri “Pirveli 1” Tv-yə müsahibəsində bildiriblər ki, meyiti bir neçə gün əvvəl həmkəndliləri tapıb.

Onların fikrincə, kişi məhdud fiziki imkanlı şəxs olub. Ailə üzvləri meyitin aldığı xəsarətlərdən də danışıblar. Onların sözlərinə görə, mərhumun bədənində zorakılıq izləri olub və ehtimal ki, ona soyuq silahla xəsarətlər yetiriblər.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google