Marneuli Gender Bərabərliyi Şurasına artıq Amiran Qiorqadze rəhbərlik etməyəcək
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze artıq Marneuli Gender Bərabərliyi Şurasına rəhbərlik etməyəcək. Bu barədə şurada 12 aprel tarixində baş tutan iclasda müzakirə aparılıb.

Bu gün, 15 aprel tarixində Gender Bərabərliyi Şurasının katibi İa Esebua “Marneuli” radiosuna bildirdi ki, şura rəhbərliyi ilə bağlı Amiran Qiorqadzenin seçkiqabağı prosesə davamlı qoşulması üçün belə qərar qəbul edilib.

Məsələni müzakirə və təsdiq etmək üçün Bələdiyyə Məclisinin iclasına çıxarana qədər şuraya İa Esebua rəhbərlik edəcək.

“Məsələni şuraya çıxarmışıq. Sədr dəyişdiriləcək və bir əlavə üzv artırılacaq. Cənab Amiranın əvəzinə mən olacağam, maddədə dəyişiklik etdik. Seçki ili olduğundan və cənab Amiran Qiorqadzenin partiya sədri (Marneulidə) olmasından irəli gələrək işlər çoxdur. Ona görə indiki mərhələdə rəhbər mən olacağam”, – Esebua bildirdi.

Gender Bərabərliyi Şurasının 12 aprel tarixində baş tutan iclasında Marneuli bələdiyyəsində qüvvəyə minəcək yeni proqramdan da söhbət açılıb.

İa Esebuanın sözlərinə görə, proqram qadınların iqtisadi cəhətdən gücləndirilməsinə istiqamətlənib və yaxın gələcəkdə Bələdiyyə Məclisinin iclasında təfərrüatlar məlum olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google