Biz onları özlərinin rus qanunu ilə birlikdə ölkədən qovmalıyıq, çünki bizi Rusiyaya sürükləyəcəklər – Elisaşvili
Parlament üzvü Aleko Elisaşvili Hüquq Məsələləri Komitəsinin iclasında rus qanunlarından danışan çoxluğun lideri Mamuka Mdinaradzeni yumruqladıqdan sonra jurnalistlərə açıqlama verib.

"Biz bu qanunu onların **, hansı arqumentlərlə, hansı arqumentlərlə?" Bidzinalar və Mişalar gəlib gedirlər. Mişanın indi harada olduğunu bilirsiniz. Bu da belə bitəcək və sona qədər ört-basdır etməyin. “Gürcü arzusunun” adamları tərəfindən nə qədər təhqir olundum bilirsinizmi? Sonra müxalifətdən heç kimin cəsarət edə bilmədiyi şeylərə cəsarət etdim. Hamı bunu istəyirdi və heç kim tərpənmirdi.

Ömrümdə bir qəpik də almamışam, mən öz Gürcüstanımın qarşısında düz adamam. Mən onlarla əməkdaşlığa getməyə çalışırdım, onlarla insanca danışmağa çalışırdım – amma onlar bizi Rusiyaya sürükləyirlər.

Onlarla danışmağın mənası yoxdur”, – Elisaşvili bildirib.

“İndi evdə oturmağın vaxtı deyil, indi çölə çıxmaq vaxtıdır. Biz onları rus qanunu ilə birlikdə ölkədən süpürüb atmalıyıq, çünki bizi Rusiyaya sürükləyəcəklər, vəssalam. Boğazıma gəldi və mən onu rus agenti Mdinaradzenin payını verdim, sonra məni çölə atdılar”, - Aleko Elisaşvili jurnalistlərə bildirib.


“Sənin rus...” – kadrda Aleko Elisaşvilinin səsi eşidilir və o Mdinaradzeni yumruqlayır, bundan sonra onun ətrafında digər deputatlar dalaşmağa başlayıblar. Bu zaman Hüquq Məsələləri Komitəsinin iclasından canlı yayım kəsilib.

Dünən, aprelin 15-də parlament Rusiyada müstəqil vətəndaş sektorunu və medianı məhv edən rus qanununu müzakirə edirdi.

Paralel olaraq parlament binası qarşısında etiraz aksiyası keçirilir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google