Hüquq Komitəsi rus qanununu birinci oxunuşda qəbul edib
Parlamentin hüquq komitəsi rus qanununu birinci oxunuşda qəbul edib. Eyni zamanda qanunverici orqanda etiraz aksiyası keçirilir.

İvanişvili hökuməti ötən il vətəndaşların etirazları ilə dayandırılan rus qanununu ikinci dəfə qəbul etmək istəyir. “Gürcü arzusu” qanun layihəsinin ilkin redaksiyasından yalnız “agent” sözünü çıxarıb və onu xarici dövlətin maraqlarının daşıyıcısı ilə əvəz edib.

Aprelin 5-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya qanununa cavab verərək bildirib ki, bu, Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir. Həmin gün 12 Avropa parlamentinin xarici komitələri “Gürcü arzusu”nu rus qanunlarından imtina etməyə çağırıb.

Bir qrup avropalı parlamentarilər də bəyanat yayıblar və orada yazılıb ki, Gürcüstana Aİ-yə namizəd statusu Avropa Komissiyasının müəyyən etdiyi addımları atacaqları qeyd-şərtlə verilib, rus qanunları isə onlara qarşıdır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google