Parlament binasında xüsusi təhlükəsizlik rejimi tətbiq edilib
Bu gün, 16 aprel tarixində Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Parlamentin yaydığı bəyanatda deyilir ki, aprelin 16-da Gürcüstan Parlament Sarayında mühafizənin sarı səviyyəsi tətbiq olunacaq.

“Gürcüstan Parlamenti Sədrinin Gürcüstan Parlament Sarayında təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında 4 sentyabr 2023-cü il tarixli N1/259/23 sərəncamına uyğun olaraq, bu il aprelin 16-da təhlükəsizliyin sarı səviyyəsi Gürcüstan Parlament Sarayında qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.

Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.

Sözügedən tədbirin məqsədi Gürcüstanın Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”,
- Gürcüstan parlamenti bildirib.

Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.

Qeyd edək ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə “Xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Məlumata görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "X"dəki hesabında aksiyaçılara dəstək verib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google