Pozitiv Sülh İndeksinə əsasən Gürcüstan 50 ən yaxşı ölkə
arasındadır.
Müvafiq hesabatı “İqtisadiyyat və Sülh İnstitutu” (IEP) beynəlxalq
analitik mərkəzi dərc edib.
“Pozitiv Sülh 2024” hesabatına əsasən, əvvəlki tədqiqat ilə
müqayisədə Gürcüstan öz mövqeyini altı pillə yaxşılaşdıraraq 49-cu
yerə yüksəlib və pozitiv sülhün yüksək səviyyəli statusuna nail
olub.
Pozitiv Sülh İndeksi sosial aspektlərin konstruktiv aspektləri
əsasında tərtib
edilir. Onu tərtib edərkən aşağıdakı amillər nəzərə
alınır – hökumətin yaxşı işləməsi, korrupsiyanın aşağı səviyyəsi,
sağlam biznes mühiti, resursların ədalətli bölgüsü, başqalarının
hüquqlarının qəbulu, məlumat azadlığı, insan kapitalının yüksək
səviyyəsi və qonşu ölkələrlə yaxşı münasibətlər.
Dünya Pozitiv Sülh İndeksi reytinqində Gürcüstan bütün qonşu
dövlətləri qabaqlayır, postsovet ölkələri arasında isə Baltikyanı
ölkələrdən sonra dördüncü yerdədir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.