Marneulinin mərkəzi körpüsündə yanğın baş verib
Marneuli şəhərində yerləşən Durmuşxan Mağalaşvili adına körpüdə yanğın baş verib. Yanğın 15 aprel tarixində, saat 19:00 radələrində meydana gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən zaman 112 xidmətinə zəng vurublar və yanğınsöndürmə briqadası çağırıblar.

Yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal edilir.

Yanğın zamanı xəsarət alan olmasa da, körpünün altından keçən telekommunikasiya xətlərinə ziyan dəyib.
Körpüdə baş verən yanğın yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Qeyd edək ki, Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpüdə təmir-bərpa işləri həyata keçirilib. Körpü təmirdən sonra cari ilin 12 fevral tarixində nəqliyyatın hərəkəti üçün açılıb. Təmir işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345