Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsinə 11 namizəd qeydiyyatdan keçib
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsinə ərizələrin qəbulu başa çatıb. Yekun nəticəyə görə, Mərkəzin rəhbəri vəzifəsinə 11 müraciət daxil olub.

Dövlət Xidməti Bürosunun veb-səhifəsində yayımlanmış məlumata görə, komissiya yekun qərarı səsvermə əsasında, müraciətlərin qəbulunun başa çatmasından sonra 3 ay ərzində qəbul edəcək.

Əli Qəhrəmanov illərdir, Marneuli Təhsil Resurs Mərkəzi direktorunun səlahiyyətlərini icra edir. Onun müsabiqədə iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Əli Qəhrəmanovun təyinatına qədər Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini 5 il müddətində Marneulinin hazırkı meri Kənan Ömərov tutub.

Müsabiqədə tələb olunan vacib tələblər:
  • Ali təhsil məcburidir – Bakalavr pilləsi.
  • Təhsil sahəsində 2 illik təcrübə vacibdir.
  • Dövlət dilini bilmək vacibdir.
Arzuolunan tələblər:
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Dövlət müəssisəsi nümayəndəliyi bacarığı;
  • Strateji və kompleksli düşüncə bacarığı;
  • Layi
    hələri idarə etmə bacarığı;
  • Dövlət işçisinin peşə inkişafı, qiymətləndirmə və həvəsləndirilməsi bacarığı;
  • Komanda inkişafı bacarığı;
  • Problemlərin həlli və konfliktlərin idarə etmə bacarığı.
Müsabiqənin mərhələləri:
  • Ərizələrin seçimi;
  • Müsahibə;
Əməkhaqqı: 2394 lari

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google