Kramon: Qanun layihəsi yalnız Kremldəki oliqarxa və onun rəhbərlərinə xidmət edir

Avropalı parlament üzvü Viola fon Kramon növbəti dəfə rus qanunlarına münasibət bildirib

və yazıb ki, “qanun layihəsi yalnız Kremldəki oliqarxa və onun böyüklərinə xidmət edir”.

Onun sözlərinə görə, Avropa Parlamenti qanun layihəsi ilə bağlı öz mövqeyini qətnamələrdə bildirəcək.

“Avropa Parlamentinin “Gürcü arzusu”nun rus qanunu ilə bağlı mövqeyi çox aydındır: Bu, Gürcüstanın Avropa gələcəyini və Aİ-yə namizədliyini təhdid edir. Bunu 10 gün əvvəl məktubla bildirmişdik. Biz bunu Aİ qətnamələrində elan edəcəyik. Qanun layihəsi ancaq Kremldəki oliqarxa və onun böyüklərinə xidmət edir”,
- Kramon yazıb.

Gürcüstan parlamentinin Hüquq Komitəsi dünən rus qanununu dəstəkləyib.

 

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google