Daxili İşlər Nazirliyi: 11 nəfər inzibati qaydada saxlanılıb
Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyi 11 nəfəri həbs edib. Bu barədə agentlik məlumat yayıb.

“Rustaveli prospekti və Parlament binası ərazisində keçirilən mitinq zamanı Daxili İşlər Nazirliyinin mitinqin təşkilatçılarına və iştirakçılarına qanunla müəyyən edilmiş formalarda öz etirazlarını bildirmək və zorakılıq xarakterli hərəkətlərə yol verməmək barədə çoxsaylı çağırışlarına baxmayaraq, mitinq iştirakçıları polislə fiziki üz-üzə gəlib, onlara müxtəlif küt əşyalar atıblar.

Qeyd olunan qanunsuz hərəkət nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alaraq Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.

Həmçinin nazirliyə məxsus nəqliyyat vasitəsinə də ziyan dəyib. Fiziki qarşıdurmanın qarşısını almaq üçün Daxili İşlər Nazirliyi xüsusi vasitələrdən - bibər qazından istifadə edib.

Qanun pozuntusuna yol vermiş 11 nəfər hüquq-mühafizə orqanları tərəfindən inzibati qaydada saxlanlanılıb.

Bir daha mitinqin təşkilatçılarını və üzvlərini etirazın qanunda nəzərdə tutulmuş çərçivədə ifadə olunmasını təmin etməyə çağırırıq. Hər bir qanunsuz hərəkətin ardınca hüquq-mühafizə orqanı tərəfindən müvafiq hüquqi cavab veriləcək",
- məlumatda deyilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google