Xüsusi təyinatlılar mitinq iştirakçılarına qarşı fiziki güc tətbiq edib (VİDEO)
Gecə saat 01:00 radələrində xüsusi təyinatlılar Tbilisinin Rustaveli prospektində Rusiya qanunlarına zidd aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq ediblər.

Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İdarəsinin əməkdaşları vətəndaşları xiyabanlarda təqib edərək tənha insanları döyüblər.

Hazırda mövcud olan məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları 3 jurnalistə qarşı zorakılıq törədiblər. Onların arasında “Tabula”, “Aprel Media” və “Public” qəzetlərinin jurnalistləri də var.

Kadrlarda xüsusi təyinatlıların mitinq iştirakçılarını necə təqib etdiyi və onlara fiziki təzyiq göstərdiyi görünür.

Nə baş verir

Hakim partiya vədini pozdu və rus qanununun Parlamentdən geri çəkdirkdən bir il sonra qanun layihəsi yenidən geri qaytarılır. Aprelin 3-də “Gürcü Arzusu” tərəfindən qeydə alınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində ötən il “Xalqın gücü”nün təşəbbüsü ilə parlament çoxluğunun 76 deputatının dəstəklədiyi qanundan fərqli olaraq, “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici gücün maraqlarının daşıyıcısı” termini yazılıb.



Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google