Marneulidə yaşayan gənclərə ətraf mühitin mühafizəsi və iqlim
dəyişikliyinə davamlı kənd təsərrüfatı mövzusunda tematik düşərgədə
iştirak etmək üçün qəbul başlayıb.
Düşərgədə Marneuli bələdiyyəsində yaşayan 15-25 yaş arası gənclər
iştirak edə bilər.
Düşərgəyə qəbul İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi
ilə həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı Kənd Təsərrüfatı
- PRAISE Marneuli” layihəsi çərçivəsində CENN tərəfindən elan
edilib.
“Düşərgənin məqsədi Marneuli bələdiyyəsində yaşayan
gənclərin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə davamlı
kənd təsərrüfatı məsələləri ilə bağlı məlumatlılığını artırmaq,
ətraf mühitin mühafizəsi və iqlimə yönəlmiş gənclərin yerli icmada
birgə təşəbbüslərinin həyata keçirilməsini təşviq
etməkdir”, – CENN-in məlumatında deyilir.
Düşərgə iştirakçıları aşağıdakı mövzular üzrə tematik sessiyalarda
və seminarlarda iştirak edəcəklər:
- - Qida sistemləri;
- - Davamlı İnkişaf Məqsədləri (SDGs);
- - Kənd təsərrüfatı və kəndin inkişafı;
- - iİqlim dəyişikliyi;
- - İqlim dəyişikliyinə davamlı kənd
təsərrüfatı;
- - Qida tullantıları və qida itkiləri;
- - Ətraf mühitin çirklənməsi;
- - Qida sistemlərində sahibkarlıq;
Düşərgədə iştirak etmək üçün gənclər ərizə
formasını doldurmalıdırlar. Müraciətlərin qəbulu üçün son tarix
31 may 2024-cü ildir.
Düşərgə 16-21 iyun 2024-cü il tarixlərində Bulaçaurinin yaşıl
mərkəzində keçiriləcək.
Əlavə suallarınız olarsa, təşkilatın nümayəndəsi ilə əlaqə saxlaya
bilərsiniz: Sopiko Babalaşvili -
CLOAKING
Düşərgə İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi ilə CENN
tərəfindən həyata keçirilən "İqlim Dəyişikliklərinə Davamlı Kənd
Təsərrüfatı - PRAISE Marneuli" layihəsi çərçivəsində keçirilir.
Layihənin məqsədi ətraf mühitə uyğun və iqlimə davamlı kənd
təsərrüfatına (CRA) dəstək göstərməklə Marneuli bələdiyyəsində
əhalinin gəlir əldə etmək imkanlarını artırmaqdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.