Marneuli 1 saylı uşaq bağçasında istilik sisteminin olmamasına görə valideynlər binanın qarşısına toplaşıblar (FOTO)
Bu gün, 11 dekabr tarixində valideynlər Marneulinin “Tut bağı”
deyilən ərazisində yerləşən 1 saylı uşaq bağçasının qarşısına
toplaşıblar. Onların sözlərinə görə, artıq iki gündür ki, bağçada
istilik sistemi normal şəkildə çalışmır. Buna görə də valideynlər
bir neçə gündür ki, uşaqlarını bağçadan evə tez aparmaq
məcburiyyətində qalıblar. Onlar deyirlər ki, bu gün yenə də bağçada
səhər saatlarında istilik sistemi çalışmayıb. Valideynlər istilik
sisteminin çalışmaması ilə bağlı Uşaq Bağçaları Birliyinin rəhbəri
Zaur Kərəmova məlumat veriblər. Bundan sonra bağçaya istiliyin
verilməsi bərpa olunub.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov "Marneuli" radiosu
ilə söhbəti zamanı bildirdi ki, istilik sistemində təzyiqin aşağı
düşməsinə görə artıq ikinci gündür ki, bağçada istilik sistemi
sönüb. Kərəmovun sözlərinə görə, onlar artıq çilingər çağırıblar və
tez bir zamanda problem aradan qaldırılacaq.
“Gecə sistemdə təzyiq aşağı düşdüyünə görə, ikinci
gündür ki, sistem sönür. Dünən tezdən mənim işçim gəldi, burada
qızdırıcını qoşdu və axşama kimi normal çalışdı. Bu gün yenə də
zəng edib dedilər ki, yenə keçib. Biz bu gün başa düşdük ki,
problem mövcuddur. Bu gün də ustaya zəng edib bildirmişik. Bu gün
axşama kimi gəlib problemi aradan qaldırmalıdırlar. Haradasa
sızıntımı var, nə isə varsa, bilmirəm sistemdə təzyiq aşağı düşür.
Bu gün həmin problem ikinci dəfə əmələ gəldiyinə görə, başa düşdük
ki, burda daimi problem var. O problemi aradan qaldırmaq üçün
çalışırıq”, – Zaur Kərəmov dedi.
Zaur Kərəmov onu da əlavə etdi ki, istilik sistemi hal-hazırda
normal şəkildə çalışır, onların nəzarəti altındadır və texniki
problemin aradan qaldırılması üçün çalışmalar davam edir.
Kərəmov qeyd etdi ki, havaların soyumasına görə bağça binalarında
əvvəlcə dağlıq bölgələrə, daha sonra isə aran bölgələrinə oktyabrın
əvvəlindən başlayaraq mərhələli şəkildə istilik sistemi qoşulmağa
başlayıb.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166