EMC Gürcü Marşı və digər maraq qrupları tərəfindən onlara qarşı aparılan təbliğat kampaniyası haqqda açıqlama

İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi (EMC) son günlərdə sosial şəbəkələrdə "Gürcü Marşı"-nın liderləri, tərəfdarları və digər qruplar tərəfindən təşkil olunmuş kampaniyaya münasibət bildirib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkədə bir sıra Marneuli sakini EMC-nin Marneuli və Hucabi Yeparxiyasını məhkəməyə verməsi ilə bağlı paylaşımlar edirlər.

Təşkilatın bəyanatını olduğu kimi təqdim edirik:

"İnsan Hüquqları Təhsili və Monitorinq Mərkəzi (EMC) son günlərdə sosial şəbəkələrdə "Gürcü Marşı" rəhbərləri, tərəfdarları və digər maraq qrupları tərəfindən təşkil edilən kampaniya haqqında açıqlama verib. Qeyd olunan qruplar tərəfindən yayılan məlumata görə, guya bizim organizasiya Marneuli Munisipalitetində karantin rejimi elan edildikdən sonra keşişlərin Marneuli küçələrinə su səpərək xeyir-dua verməsinə qarşı çıxaraq, Marneuli və Hujabi Yeparxiyasına qarşı iddia qaldırıb. Bu məlumatlar tamamilə yalandır, əsassızdır və müəyyən maraq qrupları tərəfindən təşkilatımızı nüfuzdan salmaq və Marneuli munisiplaitetinin real ehtiyaclarının üstünü örtmək məqsədi güdür. Bu hadisələr müstəvisində, EMC, sadəcə bir neçə gün əvvəl məhkəmə tərəfindən qəbul edilmiş və hal-hazırda icraatda olan, yuxarıda göstərilən qruplar tərəfindən sui-istifadə edildiyi iddia edilən bir məhkəmə işiylə bağlı açıqlama etməyi zəruri sayır.

Beləki, 17 Fevral 2020-ci il tarixində, EMC müvafiq iddiaçılar adından Bolnisi Rayon Məhkəməsinə muraciət edərək, Marneuli munisipalitetinin 2020-ci il üçün ayrılmış büdcəsindən, Marneuli və Hujabi Yeparxiyası üçün 400.000 (dörd yüz min) GEL ayrılmasını nəzərdə tutan 13-cü maddənin 4-cü bəndinin "b.d" alt bəndinin ləğvi tələbi ilə iddia qaldırdı. Büdcədə göstərilir ki, qeyd olunan xərclərin məqsədi "dini tolerantlığın təbliği və əhalinin mənəviyyatının yüksəldilməsi" dir. Bizim qiymətləndirməmizə görə, bu norma ayrı-seçkilikdir və dünyəvi deyil, eyni zamanda demokratiya və qanunun aliliyi ideasına ziddir.

Son illərin təcrübəsinin təhlili onu göstərir ki, Marneuli munisipalitetinin əhalisinin 83% -dən çoxu etnik azərbaycanlı-müsəlman icmasından təşkil olunmasına və həmçinin bölgədə etnik ermənilər və gürcü- müsəlman eko-miqrantların da yaşamasına baxmayaraq, yerli özünüidarəetmə dini fəaliyyətlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin böyük hissəsini yalnız yerli yeparxiyaya ayırır.

EMC-nin Kvemo Kartli bölgəsindəki işləri, Marneuli Munisipalitetinin sakinlərinin içməli su, suvarma şəbəkələri, uşaq bağçaları, mədəniyyət evləri, kitabxanalar, davamlı sosial xidmətlər və dəstək xidmətləri də daxil olmaqla təməl sosial infrastrukturdan istifadə problemi olduğunu göstərir. Bu şəraitdə, Marneuli Munisipalitetinin mövcud mənbələrdən sosial məqsədlər üçün istifadə etməsi və yerli özünüidarəetmənin ilkin səlahiyyətlərini yerinə yetirməsi xüsusi əhəmiyyət daşıyır. Marneuli bələdiyyəsindəki sosial xidmətlər və infrastrukturdakı qüsurlar martın 23-də elan edilən karantin rejimi şəraitində daha da qabardı.

Maraqlıdır ki, bu cür təcrübələr digər munisipalitetlərdə də özünü göstərir və bəzi hallarda munisipalitet büdcəsindən dini məqsədlər üçün ayrılan vəsait sosial məqsədlər üçün ayrılan vəsaitdən (məsələn, Bağdad bələdiyyəsi) qat-qat çox olur, bu da özünüidarəetmə ideyası və konstitusiya prinsipləri ilə ziddiyyət təşkil edir.
Bununla yanaşı aydındır ki, etnik azlıqların sıx yaşadığı bölgələrdə böyük miqdarda vəsaitin yalnız bir etiqad üçün müntəzəm köçürülməsi, bərabərsizlik təcrübəsi və hissi yaradır və munisipalitetdə qeyr-dominant olmayan etnik qruplar üçün dağıdıcı sosial təsir göstərə bilər. Yüksək vətəndaş bərabərliyi və inteqrasiya ideallarına sahib olan dövlətin etnik azlıqlar üçün ədalətli, bərabər və inklüziv siyasi və sosial mühitin yaradılması prosesində bu cür təcrübələrin zərərini xüsusi ehtiyatla nəzərə alması və aradan qaldırması çox önəmlidir.

Qeyd etmək istərik ki, 2019 Marneuli Bələdiyyə Büdcəsi qəbul edilərkən bəzi millət vəkilləri, fəallar və dini liderlər tərəfindən bu məsələ tənqidi şəkildə qaldırılsa da Sakrebulo büdcəni bu formada təsdiqlədi. Sakrebulo tərəfindən məsələnin ictimai və siyasi məzmunu və hüquqi prinsipləri düzgün dərk edildiyi təqdirdə, qanuni mübahisəyə ehtiyac olmayacaqdı.

İctimai resursların sırf dini və qeyri-ictimai məqsədlər üçün istifadəsi, konstitusiyanın dünyəvilik prinsipinin aşağıda göstərilən tələblərinə ziddir:
1.Dövlət qərarları ilk növbədə dünyəvi, ictimai qanuni məqsədlərə malik olmalıdır; 2. Hər hansı bir dini təşkilatı təşviq etməməli və ya maneəçilik törətməməlidir; 3. Dini təşkilatla dövlətin bir-birinə qarışması əngəllənməlidir. Bununla birlikdə,hesab edirik ki, mübahisəli norma ayrıseçkilikdir, çünki munisipalitet bölgədə fəaliyyət göstərən və dini tərkibinə görə əhalinin əksəriyyətini təşkil edən digər dini təşkilatlara oxşar yanaşmalardan istifadə etmir (yerli məscidlər büdcədən komunal ödənişlər üçün yalnız 10 000 GEL alır).

Bizim dəyərləndirməmizə görə, munisipalitet büdcəsindən yerli yeparxiyanın maliyyələşdirilməsi, nəzəri cəhətdən, Sovet dövründə dəymiş ziyanı ödəmək öhdəliyi[1] ilə də də əsaslandırıla bilməz, çünki bu cür öhdəlik dövlət tərəfindən nə konstitusiya müqaviləsi, nə özünüidarəetmə haqqda qanunda, nə də ki, hər hansı digər normativ aktla tənzimlənmir. Bundan əlavə, yerli icmanın siyasi muxtariyyəti və müstəqilliyi ideyasının tərəfdarı olan yerli özünüidarəetmə ideyasını nəzərə alaraq, özünüidarəetmənin üzərinə belə bir öhdəlik qoyulması konstitusiya baxımından da əsassız olardı.

Qeyd etmək istərdik ki, EMC ümumilikdə dini məqsədlər üçün büdcə vəsaitlərinin subsidiya olunması təcrübəsi ilə razılaşmır və bunu demokratiya və qanunun aliliyi ideyasına zidd hesab edir. Bu cür yanaşmalar dövlətin və dini təşkilatların bir-birindən ayrılmasını və bütün vətəndaşlar üçün bərabər hüquqi və siyasi mühitin yaradılmasını tələb edən, dövlətin dini neytrallıq və inklüzivlik ideyasını pozur. Üstəlik, bu cür təcrübələr dini təşkilatların siyasi instrumentalizasiyasının əlamətlərini daşıyırlar və bunu, əvvəlki illərdə Patriarxlığın maliyyələşdirilmə təcrübəsinin təhlili də göstərir. Kilsənin maliyyələşdirilməsi, adətən, seçkiqabağı dövrdə və ya siyasi böhranlar zamanı artır və patriarxlığın sədaqətini qazanmaq və ya onunla qarşıdurmanı azaltmaq kimi siyasi məqsədlər daşıyır.

Təəssüf ki, ayrı-ayrı maraq qruplarının məqsədi, cəmiyyətimizin ən çətin anlarında həmrəylik və ya dəstək təcrübələrini yaratmaq yerinə onu parçalamağa çalışmaqdır. Gürcü Marşı və digər mütəşəkkil qruplar daim şovinizm, ksenofobiya yetişdirməyə çalışır və sosial qruplar arasında qarşıdurma və düşmənçilik yaradırlar. Bu qrupların liderlərinin xarici siyasi maraqları da şübhə altındadır. Açıq aydın zorakı strategiyalarına baxmayaraq, bir neçə ildir onların fəaliyyətləri hakimiyyət tərəfindən cəzasız qalır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, EMC ümid edir ki, vətəndaşlarımız tərəfimizdən paylaşılan məlumatın, mübahisə və əsaslandırmaların məğzini dəqiqlik və maraqla öyrənəcək və aqressiv ultrakonservativ qruplar və digər maraq qrupları tərəfindən aparılan təbliğatın təsiri altında qalmayacaqlar." - EMC


EMC koronavirusa görə Marneuli küçələrinə keşişlər tərəfindən su səpilərək xeyir-dua verilməsini şikayət edibmi?

Samirə Bayramova Marneuli və Hucabi Yepiskopunun bəyanatına münasibət bildiribBütün Gürcüstan Müsəlmanlarının Ali Dini

İdarəsinin Şeyxi Marneuli və Hucabinin Yepiskopunun bəyanatına münasibət bildirib




Print Email
FaceBook Twitter Google