Koronavirus | 50 ölüm və 3 907 yeni yoluxma hadisəsi - 12 dekabr

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxmuş 50 xəstə vəfat edib, 3 907 yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılan

stopcov.ge platformasında yerləşdirilib.

Hökumət, həmin dövrdə, ölkə daxilində 11 064 ədəd sürətli antigen testi, 7 843 ədəd PCR testi olmaqla, ümumilikdə 18 907 testin keçirildiyini açıqlayıb.

Agentliyin məlumatına görə, 3 907 yeni yoluxma halı bölgələr üzrə aşağıdakı şəkildə paylanıb:

• Tbilisi - 1 588
• Acarıstan - 333
• İmereti - 599
• Kvemo Kartli - 263
• Şida Kartli - 263
• Quriya - 114
• Sameqrelo - Zemo Svaneti - 299
• Kaxeti - 243
• Mtsxeta-Mtianeti - 83
• Samtsxe-Cavaxetiya - 94
• Racha-Leçxumi və Kvemo Svaneti - 28

Sağalanlara gəldikdə, son 24 saat ərzində 3 780 nəfər sağalıb.

Gürcüstanda 26 fevraldan bəri ümumilikdə 187 006 koronavirus hadisəsi təsdiqlənib, onlardan 154 241-i sağalıb və 1 744-ü vəfat edib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər